Həbsxanaya yeni rəis təyin olunub

15 saylı çəzaçəkmə müəssisəsinə yeni rəis təyin olunub. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov «Turan»a bildirib ki, bu, ədliyyə mayoru Mirsaleh Seyidovdur.

Seyidov yeni təyinata qədər 3 saylı İstintaq Təcridxanasında rəis müavini işləyib.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov məlumatı təsdiqləyərək bildirib ki, yeni rəis bu il fevralın 14-də təyin olunub.

Bir neçə gün əvvəl xidməti vəzifələrinin icrası zamanı yol verdikləri nöqsanlara görə Penitensiar Xidmətin 5 həbsxana rəisi vəzifələrindən azad edilib.
15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Yusif Allahverdiyev və həmin müəssisənin əməliyyat şöbəsinin rəisi Tofiq Aslanov isə tutduqları vəzifələrdən azad edilməklə yanaşı, ədliyyə orqanlarından da xaric olunublar.