Aydın Mirzəzadə: «Mən də dünəndən portala girə bilmirəm»

Aydın Mirzəzadə: «Özlərinin rəsmi izahını eşitməyə şad olardım»

«Mən də dünəndən portala girə bilmirəm, zəng etdim redaksiyaya, dedilər texniki problemlərlə bağlıdır».

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə day.az-ın bağlanması xəbərini şərh edərkən «Azadlıq» radiosuna belə deyib.

O, məsələyə hər hansı şərh verməyə hələlik tələsmir:

«Hesab etmirəm ki, day.az problemli informasiya mənbəyinə çevrilib. Özlərinin rəsmi izahını eşitməyə şad olardım. Günortadan sonra zəng etdim, əməkdaşlardan biri bunu texniki problemlə izah etdi. Yenə zəng edib maraqlanaram».