Anar Məmmədxanov Day.az-ı bir həftədən sonra bərpa edəcəklərini deyir

Anar Məmmədxanov Day.az-ı yaradanlardan olub

Day.az-ın yaradıcılarından biri, deputat Anar Məmmədxanov «Media forum» saytına açıqlamasında bildirib ki, Day.az saytı bir həftədən sonra fəaliyyətini bərpa edəcək.

A.Məmmədxanovun sözlərinə görə, sayt üzərində rekonstruksiya işləri gedir:

«Saytın yenilənmiş variantı üzərində iş aparılır. Bir həftədən sonra Day.az işə düşəcək».

Deputat əlavə şərh verməkdən imtina edib.

Day.az-ın qeyb olan səhifəsinin yerində yazılıb ki, "Bu layihə movcudluğunu dayandırıb".