Ukrayna Dövlət Qaz şirkəti “Naftoqaz” xəbərdarlıq edib ki, müştərilərindən qaz pulu borclarını yığa bilmədiyi üçün Rusiyadan aldığı qazın pulunu verə bilməyəcək.
“Naftoqaz”ın bəyanatında qeyd olunur ki, qaz pulu yığımları faciəvi durumdadır. Yerli qazpaylayıcı şəbəkələrin şirkətə 550 milyon dollar borcu yaranıb. Bu borcu ala bilməsə, şirkət Rusiyadan alınan qazın pulunu ödəməyəcək və ölkə yenə qaz nəqlinin kəsilməsi problemiylə üzləşə bilər.
İlin əvvəlində Rusiya və Ukrayna arasında qaz pulu borcu üzündən mübahisə yaranmışdı. Rusiyanın "Qazprom" şirkəti Ukraynaya verdiyi qazı kəsmişdi və Avropa Birliyi ölkələri də qazsız qalmışdı.