Fevralın 21-də «Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu ilə bağlı Abşeron Rayon Polis İdarəsində qaldırılan cinayət işinin istintaqının yekunlaşdığı elan olunacaq. Bu məqsədlə jurnalist və onun vəkili Elçin Sadıqov Polis İdarəsinə çağırılıblar. M.İsmayıloğlu «Azadlıq» radiosuna müsahibəsində bir sıra detallara aydınlıq gətirib.
- Mənim «Yeni Müsavat» və ara-sıra «Azadlıq» qəzetlərində verdiyim köşə yazılarını hakimiyyət qəzəblə qarşılayır. Ona görə də mənə qarşı şər və böhtan kampaniyası aparılır. Bəli, mən sözlə bağ qonşuma demişəm ki, nə üçün zibili küçəyə - qapımızın ağzına tökürsən. Hətta bu bərədə məndə hadisənin şahidi olan qonşuların ifadələri də var. Yazıblar ki, Mahal İsmayıloğlu sadəcə qonşuya tələbini sözlə çatdırıb. Ona hər hansı şəkildə təzyiq göstərməyib. Bu ifadələrin surətini də vermişəm istintaqa. Hadisədən ancaq bir neçə gün sonra bilmişəm ki, həmin qadın guya döyülməyi haqda saxta ittihamla polisə müraciət edib.
- Həmin qadının dediyini təsdiqləyən şahidlər arasında qonşulardan var?
- Əvvəl iki qonşunu şahid kimi işə cəlb etmişdilər. Sonradan gördülər ki, onlar şahidlik etmir, əksinə həmin qadını ittiham edirlər. Belə olanda onlardan zorla ifadələrini dəyişməyi tələb ediblər. Görəndə ki, mənim əleyhimə ifadə vermirlər, guya təsadüfən həmin hadisə vaxtı orda olmuş və qadını mənim əlimdən almış qondarma şahidlər tapdılar. Özü də axşam saat 9-da. Halbuki bizim aramızda mübahisə saat 4-5 arasında olmuşdu. O adamlar heç evimin yerini də bilmirlər. Soruşanda mənim evimin dayanacaqdan üç-dörd yüz metr aralıda olduğunu dedilər. Özü də yolun sol tərəfində. Halbuki mənim evim dayanacaqdan 3 kilometr aralıda və yolun sağ tərəfindədir. Ətrafda yaşayan 20-25 qonşunun heç biri hadisənin şahidi olmur (hadisə şənbə günü – hamının bağda olduğu vaxt baş verib), dörd nəfər təsadüfi adam eyni vaxtda həmin yerdə olurlar. Onlardan da ən azı biri keçmiş polis işçisidir. Biri də metronun «İçərişəhər» stansiyasından taksiya oturaraq azıb gəlib Novxanıda həmin yerə çıxan bir qadındır.
- Sonuncu dəfə Polis İdarəsində olanda huşunuzu itirmişdiniz.
- Axırıncı dəfə mən öz vəkilim Elçin Sadıqovla birlikdə – iyul ayının 22-də Polis İdarəsində istintaqda olmuşam. Sonra avqust ayında mən ürək krizisi keçirdim. Xəstəxanadan çıxandan sonra müstəntiq məndən indiyədək keçirdiyim xəstəliklərin rəsmi təstiqini istədi, mən də göndərdim. Ondan sonra bizim aramızda heç bir ünsiyyət olmayıb. Yalnız fevral ayının 14-də məni və vəkilimi dəvət etdi. Qarşıma imzalamaq üçün ölkədən çıxmamaqla bağlı sənəd və ittihamnamə qoydu. Anlayanda ki, qondarma, tragikomik bir işi belə yekunlaşdırmaq istəyirlər, bir anlığa məni dəhşət bürüdü və huşumu itirdim. Çünki indiyənəcən bütün bunlar mənə gülünc görünürdü və işin bu şəkildə məhkəməyə çıxarıla biləcəyi ağlıma da gəlmirdi.
- İndi səhhətiniz necədir?
- Sonuncu dəfə xəstəxanaya düşəndə həkimlər təcili yardım şöbəsindən birbaşa mənim cərrahiyə otağına əməliyyata aparılmalı olduğumu bildiriblər. Amma dərhal cərrahiyyə əməliyyatı keçirməyə maddi imkanım yoxdur. Ona görə də həyat yoldaşımdan və oğlumdan səhhətim üçün məsuliyyəti öz üzərlərinə götürmələri barədə iltizam aldılar. Hələlik belə davam edir. Ev şəraitində müalicə olunuram.
- Dərmana nə qədər pul verirsiniz?
- Ayda ən azı 250 manat dava-dərmana pul gedir. Bilirəm ki, məni yazmaqdan çəkindirmək istəyirlər. Amma mənim də yaşamaq üçün ayrı bir mənbəyim yoxdur. «Yeni Müsavat» qəzetindən aldığım o cüzi qonorar ailəmin minimum dolanışacağı və mənim dərmanlarım üçün güclə bəs edir. Əslində bu təzyiqlər də ona yönəlib ki, məni sonuncu yaşam vasitələrindən də məhrum etsinlər. Artıq onların qəbul etdikləri qərara görə, mən ölkə hüdudlarını da tərk edə bilmərəm.
- Sizi niyə həbs etmək istəyirlər ki?
- Onlar həmişə vaxtı ilə hakimiyyət düşərgəsində işləyən və sonradan çıxarılan adamlara qısqanclıqla yanaşıblar. Mən 6 ildən çox «Xalq qəzeti»nin baş redaktoru işləmişəm. Hər halda hakimiyyətdaxili mətbəxə, texnologiyalara, qəbul edilən qərarlara yaxşı bələdəm. Bütün bunlar təbii ki, onları qıcıqlandırır və məni susdurmaq üçün bu yolu seçməkdən başqa əlacları yoxdur.
- «Xalq» qəzetinin baş redaktoru olsaydınız, bu dediklərinizi sizə qarşı edərdilər?
- Qətiyyən, söhbət belə gedə bilməzdi. Mənim heç yadıma gəlmir ki, indiyənəcən bu saysıs-hesabsız döyülən, əzilən, şikəst edilən, hətta öldürülən jurnalistlərin sırasında bircə nəfər də olsun iqtidar qəzetinin nümayəndəsi olsun. Nədənsə də həmişə azad jurnalistikanın nümayəndələrini təqsirləndirirlər, onları döyənlər tapılmasa da, ittiham edəndə kifayət qədər qondarma əsaslər, hətta ən ağlasığmaz, ən uydurma motivlər belə köməyə çatır. Əgər mənim əlimdə olsaydı, mən o 6 il yarımı həyatımdan silərdim.
- Niyə?
- Həyatımın ən mənasız günləri sayıram onları. Çünki o illərdə bir azca da olsa mənim jurnalistika ilə məşğul olmaq imkanım olmadı. Hətta məişət səviyyəsində gündəlik kriminal xronikanı da verməyi bizə qadağan etmişdilər. Mən isə ömrüm boyu yazar jurnalist olmuşam. Ondan əvvəl Azərbaycanda azad jurnalistikanın yaransmasında ilk yükü daşıyanlardan biri olmuşam. Ona görə mətbuat çinovniki olmaq mənim üçün çox çətin idi. Mən hətta bu sıxıntılı, əzablı, ağrılı günləri o illərdən qat-qat xoşbəxt sayıram.
- Necə olur ki, insan sonradan öz həyatının bir hissəsini silib atmaq barədə düşünür. Bəlkə elə yaşamaq lazımdır ki, sonradan bu fikrə düşməyəsən?
- Bilirsiniz, 1995-ci ilin aurası başqa idi. Onda ölkədə bir quruculuq görüntüsü, ümid var idi. Və mən də bu ümidlə getmişdim «Xalq qəzeti»nə. İlk illər də iş qura bildik, qəzetin tirajı 15 minədək qalxdı, qəzet özünü maliyyələşdirirdi. Amma 1998-ci ildən sonra bütün imkanlar rəsmi görüşlər və stenoqram dərc etmək səviyyəsinə salındı. Bunun üçünsə jurnalist olmağa ehtiyac yox idi. İndi proses mənim azadlıqdan məhrum edilməyimə yönəlib. Elə ilk gündən bunu deyiblər. Görünür, dünyada gedən proseslər, hətta beynalxalq təşkilatların Azərbaycanı hədələyən tələbləri də izsiz ötüşür. Artıq 5 jurnalist həbsxanadadır. 10-u da həbs olunsa, bunlar üçün elə bir əhəmiyyət kəsb etmir. Yəni Azərbaycan mətbuatı son dərəcə çətin sınaq qarşısındadır. Və mənə elə gəlir ki, referendumdan sonra bu proseslər daha ifrat şəkil alacaq. Azad sözün keşiyində duranlar üçün daha çətin bir mühit yaranacaq. Mən üzümü bütün beynəlxalq təşkilatlara tuturam. Bilin ki, dünyanın 200-dən çox ölkəsi arasında ən dözülməz mühitlərdən biri Azarbaycandadır. Getdikcə biz bunun ağırlığını daha çox hiss edirik. Bizi tək qoymayın. Mən evin yeganə çörək qazananıyam. Ailədə hamı ali təhsillidir. Amma heç kim işləmir. Əlbəttə, məni narahat edən onların sonuncu tikədən də məhrum olmasıdır.
Dosye: M.İsmayıloğlu ötən ilin yayından bağ qonşusu, polis zabiti Vahid İmanovun qulluqçusu Nəsibə Səfərovanın şikayəti üzrə istintaqa cəlb olunub. N.Səfərova Abşeron Rayon Polis Şöbəsinə ünvanladığı şikayət ərizəsində jurnalistin iyunun 21-də onu təhqir edərək döydüyünü yazıb. İş Cinayət Məcəlləsinin 221.3 (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsiylə araşdırılır. Həmin maddədə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
M.İsmayıloğlu ittihamları rədd edir və istintaqa cəlb olunmasını jurnalist fəaliyyətiylə bağlayır.