Gəncə və Şəkidə içməli su təchizatı tam bərpa ediləcək

Gəncə və Şəki şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemi tam bərpa ediləcək.

Layihəyə əsasən, tikinti işlərinə 2009-cu ilin ikinci yarısından başlanması nəzərdə tutulub. İlk olaraq şəhərin 50 faizi, daha sonra isə 100 faizi su ilə təmin olunacaq.

Layihənin icrası barədə məlumat verən Almaniyanın İnkişaf Bankının birinci vitse-prezidenti Doris Kölin deyir ki, layihədə yaxın 25 il ərzində inkişaf perspektivləri nəzərə alınıb.

«Biz Azərbaycan hökuməti ilə danışıqlar aparırıq ki, layihəyə əlavə vəsaitlər cəlb olunsun. Layihə bir neçə fazada həyata keçiriləcək. Birinci faza üçün 30 milyard avro vəsait ayrılacaq. Üçüncü fazada çirkab sularının təmizlənməsi üçün müasir tələblərə cavab verən qurğuların tikilməsi planlaşdırılır. Bunun üçün təxminən 23 milyon avro nəzərdə tutulub». / ANS Press /