Həmsədrlər fevralın 26-da Bakıya gəlir

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 26-da Bakıya gəlir.

Bu barədə Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayza bildirib.

Həmsədrlərin regiona budəfəki səfərlərində məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsiplərini razılaşdırmaqda münaqişə tərəflərinə yardım etməkdir.

Həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşü fevralın 27-nə nəzərdə tutulub.