Kabil Vaşinqtona nümayəndə heyəti göndərir

Kabil Əfqanıstanla bağlı strategiyanı müzakirə etmək üçün Vaşinqtona nümayəndə heyəti göndərir.

Nümayəndə heyətinə xarici işlər naziri Dadfar Rangen Spanta rəhbərlik edir.

ABŞ prezidenti Barak Obama ötən həftə Əfqanıstana əlavə 17 min qüvvə göndərilməsi barədə qərar qəbul edib.

Əfqanıstanla bağlı strategiya şənbə günü Kabildə ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelaosiylə Əfqanıstan prezidenti Həmid Kərzai arasında keçirilmiş görüşdə də müzakirə olunub.