Pakistanlıların azadlığa buraxılması tələb olunur

Pakistanın baş naziri yüksək səviyyəli rəsminin və onun 6 gözətçisinin azadlığa buraxılması üçün hökuməti əlindən gələni etməyə şağırıb. Dövlət rəsmisi dünən Svat dərəsində taliban yaraqlıları tərəfindən tutulub.

Talibanın sözçüsü Reutersə deyib ki, Xuşal Xan “qonaq” idi və tezliklə azadlığa buraxılacaq.

Taliban hazırda hökumətlə Svat dərəsində atəşkəslə bağlı danışıqlar aparır. Ancaq Qərb ölkələri ehtiyat edir ki, bu cür razılaşma İslamçı yaraqlılar üçün regionda əlverişli şərait yarada bilər.