«Ölkədə intiharların sayı artır. Buna səbəb televiziyalarda dəhşətli kriminal hadisələrdən bəhs edən verilişlərin verilməsi, eyni zamanda qətl hadisələrini özündə əks etdirən filmlərin göstərilməsidir».
Milli Məclisin fevralın 24-də keçirilən iclasında Yeni Azərbaycan Partiyasından olan deputat Məlahət Həsənova belə deyib.
O, bildirir ki, gənclərin bir çoxu həmin dəhşətli filmlərin təsirinə düşüb intihar edirlər. O, televiziyada dəhşət filmlərin və kriminal verilişinin məhdudlaşdırılmasını təklif edib.
YAP-çı deputat deyir ki, xüsusən axşam saatlarında belə proqramların və filmlərin nümayişi məhdudlaşdırılmalıdır.