İsrail prezidenti sərt xətt tərəfdarı parlamenti fələstinlilərlə sülhə çağırır

İsrail prezidenti Şimon Peres yeni parlamentə müraciət eləyib ki, fələstinlilərlə sülhü özünün ən vacib məqsədi eləsin.

Fevralın 10-da seçilmiş və bu gün ilk iclasını keçirən parlamentdə əksəriyyət sərt xətt tərəfdarlarındadır.
Keçən cümə günü Peres hökuməti formalaşdırmağı Likud partiyasıənın lideri Benyamin Netanyahuya tapşırdı.