Buşehr nüvə stansiyasının işə düşəcəyi tarix elan ediləcək

Rusiyanın nüvə korporasiyası, «Rosatom»-un baş direktoru Sergey Kiryenko İrana səfər edib. O İranda tikintisinə rus mütəxəssislərinin də cəlb olunduğu Buşehr nüvə stansiyasına baş çəkəcək.

«Rosatom»-un sözçüsü Sergey Novikov İran xəbər egentliyinə deyib ki, fevralın 25-i İran və Rusiya nüvə stansiyasının rəsmi olaraq fəaliyyətə başlayacağı vaxtı elan edəcəklər. Onun ilin sonunda işə başlayacağı gözlənilir. İran Atom enerjisi təşkilatının rəhbəri Reza Ağazadə və S. Kiriyenkonun İranın cənub qərbində zavodun sınaq əməliyyatında iştirakı gözlənilir.

1995-ci ildə Rusiyanın Atomstroieksport min meqavatlıq yüngül su stansiyasının tikintisinə kömək eləmək razılığı verib. Lakin Qərbin İranın nüvə silahı istehsal etdiyini deyən bəyənatlarına görə stansiyanın tikintisi dəfələrlə təxirə salınmışdı.