«Rabitəbank»ın Şəki filialının müdiri Namiq Musayev intihar edib. Faktı təsdiqləyən Şəki polis idarəsinin müstəntiqi Tural Kərimovun sözlərinə görə, Namiq Musayevin meyiti fevralın 25-də yaşadığı evdə tapılıb.
İlkin tibbi ekspertiza aparılıb və hadisə intihar kimi qeydə alınıb. Müstəntiq deyir ki, Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.
Yayılan məlumatlara görə, mərhumun üzərində məktub tapılıb. Amma müstəntiq bu məlumatı nə təkzib, nə təsdiq edir. Onun sözlərinə görə, istintaq sirri olduğu üçün əlavə detallar açıqlanmır.
Ancaq müstəntiq onu da söyləyir ki, istintaq intiharın mərhumun şəxsi həyatıyla bağlı olmasını güman edir: «Fikrimizcə, onun intiharının bankdakı işiylə əlaqəsi yoxdur».
«Rabitəbank» Açıq Səhmdar Cəmiyyətin sədr müavini Elçin Qədimov da «Azadlıq» radiosuna bildirib ki, rəhbərlik bankın Şəki filialında heç bir nöqsan aşkar edilməyib və hər hansı iradları olmayıb: «Biz filialın işində heç bir ciddi nöqsan görməmişik. Yerli rəhbərlik normal fəaliyyət göstərib».
«Rabitəbank» Şəkidə 2004-cü ildə filialını yaradıb, Namiq Musayev də həmin ildən quruma rəhbərlik edib.