Azərbaycanın Əfqanıstandakı hərbi qüvvələri iki dəfə artırılıb

Azərbaycanın Müdafiə Nazirliyinin sözçüsü bu gün bildirib ki, Bakı Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə artıraraq 90 nəfərə çatdırıb. Əlavə qüvvələr artıq Əfqanıstandakı NATO qüvvələrinin tərkibində xidmət üçün yola salınıb.

Bu barədə ötən ilin oktyabr ayında Azərbaycan parlamenti qərar qəbul etmişdi.
Hazırda Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsiz Qüvvələrinin tərkibində dünyanın 40-a yaxın ölkəsindən 51 min nəfərlik hərbi qüvvə var.