«Middlsbro» «Liverpul»un qəniminə çevrildi

Londonun «Çelsi» klubu Qus Hiddinkin rəhbərliyi altında qələbələri sıralayır. Dünən İngiltərə premyer-liqasının 27-ci turunda doğma meydanda «Uiqan»la qarşılaşan «zadəganlar» 2-1 hesabı ilə qələbə qazanıb. Terri və Lempardın qollarına qonaqlar yalnız bir dəfə Kaponun qolu ilə cavab veriblər.

«Arsenal» ötər tur olduğu kimi bu dəfə də qələbə qazana bilməyib. Vengerin komandasının aramsız hücumlarına baxmayaraq «Fulhem» qapısını toxunulmaz saxlaya bilib: 0-0.

«Everton» isə «Vest Bromviç»dən üstün olub: 2-0.

Turun sensasiyası isə «Middlsbro»dan gəlib. Doğma meydanda «Liverpul»u qəbul edən «Middlsbro» 2-0 hesabı ilə qələbə qazanıb. Birinci hissədə Xabi Alonso avtoqolla komandasını yenik duruma salıb. Qarşılaşmanın 63-cü dəqiqəsində isə Tuncay Şanlı yekun hesabı elan edib.