Elmar Hüseynovun qətlindən dörd il keçir

Elmar Hüseynovun ölümündən ilyarım sonra həyat yoldaşı və oğlu Norveçə mühacirət edib

Martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin dördüncü ildönümü tamam olur.

Jurnalist təşkilatları martın 2-i saat 4-də mərhum jurnalistin qəbri üstündə onun xatirəsini anım mərasimi keçirəcəklər.

Elmar Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İşin istintaqını Milli Təhlükəsizlik Nazirliyi aparır.

Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

Elmar Hüseynovun ölümündən ilyarım sonra onun həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.