İndoneziya prezidenti Susilo Bambang Yudhoyono martın 2-i islam banklarını qlobal iqtisadiyyatda liderliyi ələ almağa çağırıb. Jakartada Dünya İslam İqtisadiyyatı Forumunda çıxış edən prezident Yudhoyono deyib ki, dünya iqtisadi böhranı islam maliyyə institutlarına Qərbdəki qədər ziyan vurmayıb, çünki onlar ucuzlaşdırılmış aksiyalara sərmayə qoymayıblar.
Dünya İslam İqtisadiyyatı Forumu qlobal iqtisadiyyatda durğunluğu müzakirə etmək üçün dünyanın 38 ölkəsindən olan siyasi və biznes liderlərini bir araya gətirib.
Dünya İslam İqtisadiyyatı Forumu qlobal iqtisadiyyatda durğunluğu müzakirə etmək üçün dünyanın 38 ölkəsindən olan siyasi və biznes liderlərini bir araya gətirib.