NATO Əfqanıstanda erkən seçkiyə etiraz edir

Əfqanıstandakı prezident seçkilərinin erkən keçirilməsi təhlükəsizliklə bağlı problemlər yaradacaq.

NATO-nun Sülhyaratma qüvvələrinin Əfqanıstandakı sözçüsü deyib ki, beynəlxalq qüvvələr üçün seçkilərin daha öncə elan olunan vaxtda, avqustun 20-də keçirilməsi daha əlverilşli olardı. Belədə seçkinin azad və təhlükəsiz keçirilməsini daha rahat təmin edə bilərdilər.

Əfqanıstan prezidenti Həmid Kərzai şənbə günü seçkiləri avqustdan may ayına keçirilməsinin mümkünlüyündən danışıb.