Pakistan polisi idmançılara hücum edən silahlıları axtarır

Pakistan polisi Şri Lankanın kriket yığmasına hücum edən silahlıları axtarır. Martın 3-ü ondan çox silahlı Şri Lankalı kriket yığmaısnı daşıyan maşına silahlı hücum edib. 6 polis və sürücü həlak olub, yığmanın 7 üzvi və məşqçi yaralanıb. Yaralıların vəziyyətlərinin ağır olmadığı bildirilir.

Hücumu törədənlər hadisə yerindən uzaqlaşıblar və hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib. Pakistan hakimiyyəti bu hadisəni pisləyib.

Bu 1972-ci ildə Münhendə Olimpiya oyunları zamanı Fələstinli yaraqlıların 11 İsrail idmançısını öldürməsindən bu yana idmançılara qarşı törədilən ən qanlı hadisə hesab olunur.