ABŞ dövlət katibi Hillari Klinton Yaxın Şərqə səfəri çərçivəsində martın 4-ü Qərb sahilində Fələstin prezidenti Mahmud Abbasla görüşəcək. Mahmud Abbasın köməkçisi deyib ki, Fələstin prezidenti ABŞ dövlət katibindən Qərb sahilində məskunlaşmanı dayandırmaq və Qəzza sərhədini açmaq üçün İsrailə təsir göstərməsini istəyəcək.
Hillari Klinton martın 3-ü Yerusəlimdə bildirmişdi ki, ABŞ Fələstin hökumətinin yaradılmasına kömək etməyə çalışır. Dövlət katibi eyni zamanda deyib ki, İsrail ən sadiq müttəfiqi ABŞ-a güvənə bilər.
Hillari Klinton martın 3-ü Yerusəlimdə bildirmişdi ki, ABŞ Fələstin hökumətinin yaradılmasına kömək etməyə çalışır. Dövlət katibi eyni zamanda deyib ki, İsrail ən sadiq müttəfiqi ABŞ-a güvənə bilər.