Sudan prezidenti həbs oluna bilər

Haaqaqdakı beynəlxalq hərbi məhkəmə bu gün Südan prezidenti Ömər əl Bəşirin həbsinə sərəncam verilməsi barədə qərar çıxarmalıdır.

Ömər əl Bəşir Darfur əyalətində qaradərili sakinlərə qarşı soyqrımı kompaniyasının təşkilində ittiham olunur.

Baş prokuror Luis Moreno-Okampo prezident Ömər əl Bəşirin günahkar olmasıyla bağlı onlarda tutarlı dəlilllər olduğunu deyir.

Əgər həbsə sərəncam verilsə bu hərbi məhkəmənin 7 illik tarixində fəaliyyətdə olan dövlət paşçısının həbsiylə bağlı ilk qərar olacaq.

BMT-nin məlumatına görə 6 illdir ki, Darfurda gedən vətəndaş münaqişəsində 300 minə yaxın adam ölüb, 2 milyon yarımdan artıq insan isə ev-eşiyindən didərgin düşüb.