Əfqanıstanda erkən prezident seçkiləri keçirilməyəcək

Əfqanıstanın seçki komissiyası bəyan edib ki, ölkədə növbəti prezident seçkiləri nəzərdə tutulduğu vaxtdan əvvəl keçirilə bilməz.

Prezident Həmid Kərzai səlahiyyət müddətinin mayın 22-də bitməsini əsas gətirərək seçkinin vaxtındanəvvəl-gələn ay keçirilməsini istəyir.

Amma Mərkəzi Seçki Komissiyası bəyan edib ki, seçki nəzərdə tutulduğu kimi avqustun 20-də keçiriləcək.

Həmçinin Birləşmiş Ştatlar,BMT, NATO və yerli müxalifət qrupları seçkinin avqustda keçirilməsinin tərəfdarıdılar.

NATO deyir ki, əsəgr seçki avqustda keçirilsə beynəlxalq qüvvələr təhlükəsizliyi daha yaxşı təmin edə bilər.