Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edilib

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya martın 6-dan 30 dövlət orqanında 889 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edir.

Bu haqda Komissiyanın mətbuat üçün məlumatında bildirilir.

Vakant dövlət qulluğu vəzifələrindən 639-u müsabiqəyə, 250-si isə müsahibəyə çıxarılır.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olanlar isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.