Separatçı Abxaziyada 49 illiyinə Rusiya hərbi bazası yerləşdiriləcək

Gürcüstandakı separatçı Abxaziya bölgəsinin lideri bildirib ki, burda 49 il müddətinə Rusiya hərbi bazası yerləşdirilməsiyl əbağlı razılaşma hazırdır.
Sergey Baqapş İnterfax agentliyinə deyib ki, saziş ən qısa zamanda imzalancaq. Sazişə görə Qudautuda Rusiya hərbi bazası yerləşdiriləcək.

Ötən ilin avqustundakı Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiya separatçı bölgələrinin müstəqilliyini tanıyıb.