Güc strukturlarının həbs olunmuş rəhbərləri

1. İxtiyar Şirinov – keçmiş Baş prokuror

1952-ci ildə Beyləqan rayonunda anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

2. İsgəndər Həmidov – keçmiş Daxili İşlər naziri
İsgəndən Həmidov -- Azərbaycanın keçmiş Daxili İşlər naziri

1948-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Daxili İşlər naziri vəzifəsində çalışıb. 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdn azad etmək, “İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.



3. Nəriman İmranov – keçmiş Milli Təhlükəsizlik naziri

Nəriman İmranov - keçmiş Milli Təhlükəsizlik naziri

1944-cü ildə Ermənistanda anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına qədər milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 1994-ci il dekabrın 21-də bir qrup şəxsin Nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə, vətənə xəyanət ittihamı ilə ömürlük məhrum edilib. 2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.






4. Rəhim Qazıyev – keçmiş Müdafiə naziri

Rəhim Qazıyev -- Azərbaycanın keçmiş Müdafiə naziri
1943-cü ildə Şəkidə anadan olub. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il martından 1993-cü il fevralına qədər müdafiə naziri vəzifəsində çalışıb. Şuşa şəhərinin işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.




5. Fəxrəddin Təhməzov – keçmiş milli təhlükəsizlik naziri
Fəxrəddin Təhməzov - Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri
1951-ci il Salyan rayonda anadan olub. 1992-ci ilin may ayının 16-dan 1993-cü ilin iyunun ayına qədər milli təhlükəsizlik naziri vəzifəsinə çalışıb.

1993-cü il Gəncə hadisələrinə görə həmin il qısa müddətli həbs cəzası alıb.