1. Müzamil Abdullayev – keçmiş kənd təsərrüfatı naziri
1941-ci ildə Gəncə şəhərində anadan olub. 1994-cü ildin fevralından sentyabrına qədər kənd təsərrüfatı naziri vəzifəsində çalışıb. 1996-ci ildə vətənə xəyanət ittihamı ilə əvvəlcə ömürlük azadlıqdan məhrum edilib. Sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb.
2. Tofiq Qasımov – keçmiş xarici işlər naziri
1938-ci ildə Ağstafa rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında fəal iştirak edib. 1992-1993-cü illərdə Xarici İşlər naziri vəzifəsində çalışıb.
1995-ci ildə XTPD ilə hökumət qüvvələri arasında baş verən qarşıdurma dövründə qeyri-qanuni təşkilat yaratmaq, hökumət çevrilişinə çağırışlar etmək kimi ittihamlarla həbs edilib. Bir neçə ay sonra səhhətində yaranan problemlərə görə azadliğa buraxılıb. Hazırda Norveçdə siyasi mühacirətdə yaşayır.
3. Fikrət Yusifov – keçmiş maliyyə naziri
1994-1999-ci illərdə maliyyə naziri vəzifəsində çalışıb. 2005-ci ilin oktyabrında qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum olub. 2006-cı ilin sonunda isə cəzası yüngülləşdirilib.
4.
Fərhad Əliyev – keçmiş iqtisadi inkişaf naziri1963-cü ildə Cəlilabad rayonunda anadan olub. Ticarət naziri, Dövlət Əmlak Komitəsinin sədri, İqtisadi İnkişaf naziri vəzifələrində çalışıb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri vəzifəsində işləyərkən öz xidməti kabinetində həsb edilib. Dövlət əmlakını mənimsəmə, rüşvətxorluq kimi ittihamlarla 10 il müddətinə azadlıqdan məhrum edilib.
5.
Əli İnsanov – keçmiş səhiyyə naziri1946-cı ildə Ermənistanda anadan olub. 1993-2005-ci illərdə səhiyyə naziri vəzifəsində çalışıb. 1995-ci ildən Milli Məclisin deputatı olub. 2005-ci ilin oktyabrında parlament seçikiləri ərəfəsində səhiyyə naziri vəzifəsində çalışarkən hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. Dövlət əmlakını mənimsəmə, rüşvətxorluq kimi ittihamlarla 11 il müddətinə azadlıqdan məhrum edilib.
6.
Rauf Qarayev – keçmiş xarici iqtisadi əlaqələr naziri1958-ci ildə anadan olub. 1992-1993-cü illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsində çalışıb. 2000-ci ildə mətbuatda “neft işi” kimi izah edilən neft istehsalında külli miqdarda mənimsəmə ittihamı ilə 16 nəfərlə birlikdə həbs edilib. Əvvəlcə ona yeddi il həbs cəzası verilib. Sonradan cəza müddəti 4 ilə endirilib. 2001-ci ildə isə cəzasının üçdə-birini çəkdiyi üçün azadlığa buraxılıb.
7.
Tofiq Hüseynov – keçmiş kənd təsərrüfatı naziri
Tofiq Hüseynov - keçmiş kənd təsərrüfatı naziri
1952-ci ildə Tovuz rayonunda anadan olub. AXC hakimiyyətində kənd təsərrüfatı naziri olub. 1994-cu ildə qanunsuz silah gəzdirməkdə ittiham edilərək həbs olunub. 2 il müddətinə azadlıqdan məhrum edilib. 1995-ci ildə azad edilib.
8.
Rafiq Feyzullayev – keçmiş təhsil naziri1989-1992-ci illərdə təhsil naziri vəzifəsində çalışıb. Dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edib. 2001-ci il iyunun 17-də Şuvələn qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.
9.
Ədalət Əliyev – Azal Dövlət Hava Yolları Konserninin keçmiş prezidenti1948-ci ildə Yevlax rayonunda anadan olub. Birinci dərəcəli təyyarəçidir. 1992-ci ilin martında “Azal” Dövlət Hava Yolları Konserninin rəhbəri təyin edilib. 1997-ci ildə yanacaq alınması və tikinti işlərində yeyintilərdə, oğlunu Konsernin hesabınxa xarici ölkələr oxumağa göndərməkdə ittiham edilərək həbs edilib. 1998-də ittihamların bir çoxu üzrə bəraət verilib, amma səhlənkarlıq da günahlı bilinərək üç il müddətinə şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.
10.
Eldar Salayev – Milli Elmlər Akademiyasının keçmiş prezidenti1933-cü ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademikdir. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olub.
2005-ci ilin parlament seçkiləri ərəfəsində cinayətə hazırlıq, kütləvi iğtişaş törədilməsi, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama maddələri ilə təqsirləndirilərək həbs olunub. Ancaq səhhətində yaranan problemlərə görə bir qədər sonra haqqında həbs-qətimkan tədbiri dəyişdirilib.
11.
Fikrət Sadıqov – «Azərkimya» Dövlət Şirkətinin keçmiş rəhbəri1940-cı ildə Naxçıcanda anadan olub. 1992-2005-ci illərdə “Azərkimya” Dövlət Şirkətinin prezidenti vəzifəsində çalışıb. 2005-ci il parlament seçkiləri ərəfəsində külli miqdarda dövlət əmlakını talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə, korrupsiyada və dövlət çevrilişinə cəhdə ittiham olunaraq həbs edilib. Bir neçə ay sonra isə zaminə buraxılıb.
12.
Hafiz Hacıyev – “Azərbalıq” Dövlət Konserninin keçmiş sədri1956-cı ildə Ermənistanda anadan olub. 1992-93-cü illərdə “Azərbalıq” Dövlət Konserninin sədri olub. 1993-cü ildə qiyamçı Surət Hüseynovun göstərişinə əsasən Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunmuş, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib.
1999-cu ildə həbsdən azad olunub.
13.
Arif Mansurov – Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin keçmiş sədri1939-cu ildə Bakıda andan olub. Sovet dövründə bir sıra yüksək vəzifələrdə, o cümlədən, Tikinti Materialları Sənayesi nazir vəzifəsində çalışıb. 1992-1996-cı illərdə Ekologiya və Təbiətdən istifadəyə nəzarət Komitəsinin rəhbəri olub. 1997-cı ilin yanvarında də Rəhim Qazıyev və Arif Paşayevin MTN-dən qaçırılmasının təşkilində, bu barədə cinayəti bilib xəbər verməməkdə və qanunsuz silah saxlamaqda ittiham edilərək həbs olunub. Bir aya yaxın saxlandıqda sonra səhhətində problemlərə gorə beş il şərti cəza ilə azadlıqa buraxılıb.