Şimali Koreya hökuməti bildirir ki, ölkə silahlı qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib. Bu hazırlıq hər il keçilən ABŞ və Cənubi Koreya təlim məşqlərin ərəfəsində aparılır.
Rəsmi Pxenyan Vaşinqton və Seulu Şimali Koreyaya hücuma hazırlaşmaqda günahlandırıb. Ölkənin dövlətə məxsus xəbər agentliyinin məlumatına görə hər hansı hücum təhlükəsi olarsa Şimali Koreya da buna «amansız» cavab verəcək. Öz uzaq mənzilli raketlərini sınaqdan keçirməyə hazırlaşan Şimali Koreya bildirib ki, o, hətta sınağa hazırladığı raketləri təhlükəyə cavab kimi də istifadə edə bilər.
Cənubi Koreyadakı təlim məşqləri martın 20-nə qədər davam edəcək və məşqlərdə on minlərlə ABŞ və Cənubi Koreyalı hərbçi iştirak edəcək.