Amma ekspertlərə görə, qiymətin az göstərilməsi heç də həmin pulların hamısının avtomobil satana qalması demək deyil. Ekspertlər əmindirlər ki, həmin pul o şirkətlərdən çıxır və avtomobil satışı şirkətləri harasa müəyyən edilmiş faizi ödəmədən belə addım ata bilməzlər.
Bir sözlə bir ildə avtomobil idxalı və satışından nə qədər pul vergidən yayınır - bunu daha dəqiq pulu vergidən yayındıranlar bilir.
Bir sözlə bir ildə avtomobil idxalı və satışından nə qədər pul vergidən yayınır - bunu daha dəqiq pulu vergidən yayındıranlar bilir.
Arayış
Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2008-ci ildə Azərbaycana təxminən 89 minə yaxın minik avtomobili gətirilib. Həmin avtomobillərin orta qiyməti 8 min dollardan bir qədər artıq olduğu göstərilir. Bir az da konkret - Gömrük komitəsinin rəsmi internet səhifəsindəki statistika bölməsində göstərilir ki, 2008-ci ildə Azərbaycana Yük Gömrük Bəyannaməsi (YGM) və Gömrük Mədaxil Orderlərilə (GMO) 648 647,3 dollarlıq minik avtomobili gətirilib. Halbuki maşın idxalını araşdıranlar deyirlər ki, elə ölkəyə gətirilən 10-15 bahalı avtomobilin qiyməti yarım milyon manatdan yuxarıdır.
Hər halda rəsmi rəqəmlərə inansaq, bu isə o deməkdir ki, Azərbaycana gətrilən bir minik avtomobilinin orta statistik dəyəri 8100-8500 dollar dəyərində qiymətləndirilir. http://www.customs.gov.az
Hər halda rəsmi rəqəmlərə inansaq, bu isə o deməkdir ki, Azərbaycana gətrilən bir minik avtomobilinin orta statistik dəyəri 8100-8500 dollar dəyərində qiymətləndirilir. http://www.customs.gov.az