Bəyannamə qiymətləri ilə real qiymətlər arasında böyük uyğunsuzluq var

Amma maşın idxalını araşdıranlar deyirlər ki, elə ölkəyə gətirilən 10-15 bahalı avtomobilin qiyməti bu qədər eləyir.

«Turan» İnformasiya Agentliyinin iqtisadi məsələlər üzrə eksperti Hafiz Babalı da hesab edir ki, Gömrük bəyannamə qiymətlərilə avtomobillərin pərakəndə satış qiymətləri arasında çox ciddi fərqlər var. Hətta bununla bağlı bir zarafat da yaranıb. Həmin zarafatın mahiyyəti belədir: deyirlər ki, əgər avtomobil istehsalçıları Azərbaycandakı rəsmi sənədlərə baxsalar öz ölkələrindəki zavodları bağlayıb Azərbaycandan avtomobil almağa başlayarlar. Hafiz Babalı da deyir ki, gömrük sənədlərində Azərbaycana gətirilən avtomobillərin istehsal edilən ölkədəkindən belə ucuz göstərilməsi istər-istəməz şübhələr doğurur.

Hafiz Babalı deyir ki, Azərbaycana həm də Rusiyadan xeyli avtomobil gətirilir və ümumi ortaq rəqəmin 8100 və 8500 dollar göstərilməsini rəsmilər bununla da əsaslandıra bilərlər. Amma onun sözlərinə görə, həm də hesab edir ki, nəzərdən qaçırmaq lazım deyil ki, ölkəyə gətirilən minik avtomobillərin çoxunun qiyməti 15 min manatdan daha artıq olan avtomobillərdir.

«Hesab edirəm ki, bu gömrük orqanlarında artıq kök salmış bir problemdir və bu təkcə avtomobillərdə deyil bu ərzaq və qeyri-ərzaq mallarında da belədir. Bəyannamə qiymətlərilə real qiymətlər arasında böyük uyğunsuzluq var.

İqtisadi məsələlər üzrə eksperti Hafiz Babalı Mən hesab edirəm ki, uyğynsuzluq arasında olan fərq, məbləğ qeyri-şəffaf yollarla pərdələnir və mənimsənilir. Nəticədə dövlət büdcəsinə getməli olan vəsaitlər ayrı-ayrı məmurların cibinə gedir»