Martın 10-da Futbol üzrə UEFA Çempionlar Liqasında ¼ finala vəsiqə qazanan 4 komanda müəyyənləşir.
Ilk oyunda səfərdə 1-0 hesabıyla qələbə qazanan Liverpul öz evində Real Madridi qəbul edəcək.
Səfərdəki oyunda 1-0 minimal hesabla yenilən Juventus isə İtaliyada Çelsiylə qarşılaşacaq.
İlk oyunda 1-1 hesablı bərabərliyə razılaşan Panatinaikos və Villareal isə bu dəfə Yunaıstanda görüşürlər.
Səfərdə Sportinqi 5-0 hesabıyla darmadağın edən Bayern isə bu dəfə portuqaliyalıları Almaniayda qəbul edəcək.
Çempionlar liqasının ¼ finalına çıxan digər 4 komandanın adı isə martın 11-də müəyyənləşəcək.
Porto-Atletiko, Barselona-Lion, Roma-Arsenal və Mançester Yunayted –İnter oyunlarından sonra.