İrandakı Atom Elektrik Stansiyası avqust ayında işə salınacaq

İranın Buşehr atom elektrik stansiyası (AES)avqust ayının 22-dən işləməyə başlayacaq. İran mediasının yaydığı məlumatlara görə, Enerji naziri Pərviz Fəttah belə deyib.

Fəttahın sözlərinə görə, Rusiyanın tikdiyi Buşehrdəki 1 meqavattlıq AES-in reaktorlarının sınaqlarına fevral ayından başlayıblar.

Stansiyanın fəaliyyətə başlaması bir neçə dəfə təxirə salınmışdı. İndi iran rəsmiləri stansiyanın yarı gücüylə işləməyə başlayacaqlarını bildirirlər.

Buşehrdəki reaktoru inşa edən Rusiya dövlət Nüvə Enerjisi Agentliyi isə Buşehr AES-in konkret fəaliyyətə başlayacağı günlə bağlı açıqlamalar verməkdən yayınır. Martın 4-də İranın xarici işlər naziri Mənuçöhr Möttəki ölkə palrmaentində demişdi ki, Buşehr AES-i sentyabrda işə salına bilər.