Pakistanda ictimaiyyətin toplaşması qadağan olunub

Pakistanın iki əyalətində ictimaiyyətin bir yerə toplaşması qadağan edilib, polis müxalifət fəallarını həbs edir. Buna səbəbsə, müxalifətin martın 12-nə planlaşdırdığı aksiyalardır.

Bundan əvvəl müxalifət fəalları və vəkillər bütün ölkə boyu yürüş və kütləvi etiraz aksiyaları təşkil etmək niyyətində olduqlarını açıqlayıblar.

Onlar prezidentin Iftikhar Chaudhrini Ali Məhkəmənin sədri təyin etməkdən imtina etməsinə etiraz edirlər. Ali Məhkəmənin keçmiş sədri olan Çaudri 2007-ci ildə Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf tərəfindən işdən çıxarılıb.

Müxalifətlə birgə vəkillər qərar veriblər ki, paytaxt İslamabada gəlib parlamentin binası qarşısında tələbləri yerinə yetirilənə qədər oturaq etiraz etsinlər.

İctimaiyyətin toplaşması qadağa Sindh və Punca əyalətlərinə qoyulub.