Metroya partlayıcı qurğu qoyulması barədə anonim zəng edilib

Polisə metronun Nizami stansiyasına partlayıcı qurğu qoyulması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun ANS PRESS-ə verdiyi məlumata görə, anonim zəng martın 10-da saat 12.10 radələrində edilib və polis ayağa qaldırılıb.

Amma axtarış zamanı partlayıcı qurğu aşkar olunmayıb.

Hazırda anonim zəngi edənin özü axtarılır.