Argentinalılar Rusiyaya vizasız gələ bilərlər

Argentinanın xarici işlər naziri Xorxe Tayana Rusiya ilə iki ölkə arasında vizasız gediş-gəlişlə bağlı razılaşma imzalayıb. Sənədin Rusiya tərəfindən də imzalanması üçün Moskvaya göndərilməsi nəzərdə tutulub. Razılaşma hər iki ölkənin parlamenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.