Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşündə iki ölkəni maraqlandıran bir sıra məsələlərin müzakirə edildiyini bildirib. Bu sırada Qarabağ münaqişəsinin nizamlanması, iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşdirilməsi, Xəzər dənizinin bölüşdürülməsi, sərhəd məsələləri və ikitərəfli maraq doğuran bir sıra başqa məsələlər olub.
Sergey Lavrov Rusiyanın Qarabağ münaqişəsinin dinc yolla çözümünə tərəfdar olduğunu bildirib. O, ölkəsinin Ermənistana silah verməsilə bağlı Azərbaycan mətbuatında yayılan informasiyaların doğru olmadığını deyib:
- Mediada yayılan sənəd saxtadır. Bu, artıq dəfələrlə bildirilib. Bu tip sənədlər tamamilə fərqli qaydada tərtib olunur. Ordakı çoxsaylı qrammatik yanlışlıqlar isə bu sənədin ümumiyyətlə harda hazırlanması ilə bağlı ciddi suallar doğurur.
Azərbacanın Xarici İşlər naziri Elmar Məmmədyarov isə Rusiyanın Ermənistan silah verilməsi məsələsində bütün detallar aşkar olunmadığından bir sıra məsələlərlə bağlı ciddi araşdırmaya ehtiyac olduğunu bildirib.
Lavrov Bakının mərkəzində Rusiya Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.