Metroya partlayıcı qoyulması xəbəri təsiqlənmədi

Martın 12-də metronun “İçəri Şəhər” stansiyasına partlayıcı qurğu qoyulduğu barədə polisə məlumat daxil olub.

Səbayel Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov «Ans-Press»ə bildirib ki, anonim zəngdən sonra polis həyəcan siqnalı qaldırılıb. Metroda qatarların gediş-gəlişi qısa müddətə dayandırılıb, metronun ətrafı mühasirəyə alınıb.

Axtarışlar nəticəsində heç bir partlayıcı qurğu aşkar olunmayıb. Hazırda metronun hərəkəti bərpa edilib.