…Bu çadır şəhərciyində insanlar 5-6 odeyal altında yatır, işməli su verilmir, ən yaxın hamam 2 kilometr uzaqlıqdadır. Bəzi çadırların üstünə sellofan sərilib ki, yağış içəri dammasın.
Söhbət nə Azərbaycanın artıq ləğv edilmiş çadır şəhərciklərindən gedir, nə də Afrika qaçqınlarının yaşayışından. Bura Amerikadır. Qızıl ştat adlanan Kaliforniya. Sakramento şəhərinin kənarı. ABŞ-dakı maliyyə böhranı burda hər ay 500 nəfəri evsiz qoyur, onlar ipotekaya götürdükləri evlərin pulunu verə bilməyib küçədə qalanlardır.
«Bu quyunun dibidir. Mən düşünmürəm ki, vəziyyət bundan da pis ola bilər». Bunu deyən şəhərcik sakini Cim bildirir ki, 30 ildir tikintidə işləyib, amma 6 ay əvvəl böhrana görə, onu ixtisar ediblər:
«Mənim başımın üstündə dam, evimdə elektrik, hamam, xəbərlərə baxmaq üçün televizor vardı. Heç vaxt ağlıma gətirməzdim ki, belə bir yerdə yaşaya bilərəm».
Cim deyir ki, həftə ərzində 3-4 tikinti şirkətinə gedir, amma onlarım hamısından eyni cavabı eşidir – «Biz işə qəbulu dayandırmışıq».
Bu çadır şəhərçiyində 2000 adam yaşayır və onların sayı sürətlə artır. Şəhərcik öz zəngin kino ulduzları, günəşli çimərlikləri və gəlirli kənd təsərrüfatı ilə tanınan Kaliforniya mənzərələri fonunda daha çox əcaib görünür.
Vaxtaşırı humanitar təşkilatlar şəhərciyə gəlib ərzaq və geyim paylayırlar, şəhərcik sakinləri də köməyi «çox sağ ol» deyib qəbul edirlər.
Keçən iləcən Kaliforniya zəngin ştatlardan sayılsa da, indi ştat rəhbərlərinin evsizlərə yetərincə yardım etmək imkanı yoxdur, ştatın özünün 60 milyard dollar borcu yaranıb.
İndi bir çox amerikalılar şəhərcikdən kadrlara baxıb bədbinliyə düçar olurlar, onlar ölkələrini belə görməyi arzulamayıblar. Onlar düşünürdülər ki, belə hallar 1930-cu illərin Böyük Depressiyası – dərin iqtisadi böhranı zamanı olub da, qurtarıb da.
Belə şəhərciklər Amerikanın başqa ştatlarında da yaradılmaqdadır və belə şəhərlərin merləri bir-birinin ardınca bəyanat verirlər ki, humanitar yardım ehtiyatları tükənir.
ABŞ prezidenti Barak Obama keçən ay Sakramentoya baş çəkib. Ölkə üzrə ən yüksək işsizlik faizi burdadır – 18 faiz. Obama Konqresə onun iqtisadiyyata 800 milyard dollarlıq yardım planına dəstək müraciətini də burdan etmişdi. Plan yaxın illərdə Amerikada 3 milyon yeni iş yeri açmağı nəzərdə tutur.
Amma məsələ burasındadır ki, 2007-ci ildə maliyyə böhranı başlayandan bəri artıq 4,4 milyon adam iş yerini itirib.