Rabitə Nazirliyi hava şəraitinin kəskin pisləşməsinə hazırlaşır

Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” Hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı məlumat daxil olduğundan Rabitə Nazirliyi gücləndirilmiş iş rejiminə keçir. Bu haqda yanvarın 10-da nazir Əli Abbasovun iştirakı ilə keçirilən toplantıda qərar qəbul olunub.



Sinoptiklərin verdiyi məlumata görə, yanvarın 10-11-ə keçən gecə Azərbaycan ərazisində güclü şimal-qərb küləyi əsəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilir ki, küləyin gücü saniyədə 20-25, bəzi yerlərdə 30 metrə çatacaq. Abşeron yarımadasında saniyədə 3, Xəzər dənizi akvatoriyasında isə saniyədə 37 metrədək külək əsəcək. Küləyin sürəti yanvarın 11-dən Qara dəniz qayonlarından gələn antisiklonun dəyişməsi ilə zəifləyəcək.



Avropanın şimalında da qasırğa baş verib. Verilən məlumatlara görə, Almaniya, İrlandiya, Böyük Britaniyada təbii fəlakət nəticəsində tələfat var.