»Paytaxtda kanalizasiya sistemi iflic vəziyyətindədir»

Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” İstanbuldakı ən böyük prospekt Heydər Əliyevin adını daşıyacaq. Bu haqda »Yeni Azərbaycan» qəzeti yazır.



»İntəpə» şirkətini İlham Əliyev himayə edir. Bu haqda »Azadlıq» qəzeti yazır.



»Azərbaycana qazın nəqli bərpa olundu» başlıqlı məqaləyə bugünkü sayında »Üç nöqtə» qəzeti yer ayırır.



Bakının mərkəzindəki sürüşmə ilə bağlı ekspertlərin rəyini »525-ci qəzet» çap edib.



Sürüşmə liə bağlı komissiyanın rəyini bugünkü sayında »Xalq Cəbhəsi» qəzeti də şərh edir.



“Həmrəylik və Etimad” Seçki Alyansı təsis edildi. Bu barədə daha ətraflı »Bakı Xəbər» yazır.



İstanbulun Beşiktaş rayonunda Türkiyə-Azərbaycan dostluq parkı açılıb. Ətraflı məlumatı »Azərbaycan» qəzeti çap edib.



Paytaxtda kanalizasiya sistemi iflic vəziyyətə düşür. Bu mövzuda »Zerkalo» qəzeti geniş yazı dərc edib.



Bu gün Praqa danışıqları başlanır. »Ayna» qəzeti bu haqda ətraflı yazır.