Vyetnamda 9 rusiyalı turist ölüb

Vyetnamda baş vermiş yol qəzasında 10 adam ölüb, 15 nəfərsə yaralanıb.

Ölənlərdən 9-u rusiyalı turist, 1-i isə Vyetnam vətəndaşıdır.

İçərisində 24 turist olan avtobus ölkənin cənubunda yerləşən Dalat şəhərinə gedirmiş.
Hazırda qəzanın səbəbi araşdırılır.