ATƏT-in Dağlıq Qarabağa dair məruzəsinin nə vaxt müzakirəyə çıxarılacağı bəlli deyil

Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Fevralın 24-25-də Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Lakin bu sessiyada Qoran Lenmarkerin Dağlıq Qarabağla bağlı məruzəsinin müzakirəyə çıxarılıb-çıxarılmayacağı məlum deyil.



Qoran Lenmarker ATƏT Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ üzrə məruzəçisidir. Onun məruzəsində Azərbaycan tərəfini qane etməyən bəzi məqamlar var idi. Məsələn, məruzənin ilkin variantında Dağlıq Qarabağ mübahisəli zona kimi göstərilmişdi.



Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səttar Səfərov deyir ki, Qoran Lenmarkerin Bakıya səfəri zamanı narazılıqlarını ona çatdırıblar, ancaq bu məqamların sonradan məruzədə necə əks olunduğu bəlli deyil.



ATƏT-in fəaliyyətdə olan sədri Dmitri Rupel yanvarın 13-də təşkilatın daimi komissiyasının iclasında etdiyi çıxışında Dağlıq Qarabağla bağlı deyib ki, ATƏT bu il bu dondurulmuş münaqişənin buzunu əritmək üçün cəhdlərini ikiqat artırmalıdır. Səttar Səfərovsa bu barədə elə də nikbin fikirdə deyil.



Dmitri Rupel çıxışında deyib ki, təşkilatın faktaraşdırıcı missiyasının bu ayın sonunda Azərbaycanın işğal olunmuş ərazilərinə edəcəyi səfərini irəliyə addım kimi qiymətləndirmək lazımdır.