Navaz Şərif Pakistan müxalifətini etiraz aksiyasina çagirib

Pakistanın keçmiş baş naziri və müxalifət lideri Navaz Şərif hakimiyyətin evdən çıxmamaq tələbini rədd edib.

Hakim dairələr Navaz Şərif, onun qardaşı və digər müxalifət liderlərini ev dustağı edib.

Polis Navaz Şərifin Loxardakı evini mühasirəyə alıb və ona 3 gün ərzində evdən çıxmamağı göstəriş verib.

Amma bunu qanunsuz sayan Navaz Şərif evdən çıxaraq tərəfdarlarını bazar ertəsinə nəzərdə tutulmuş etiraz aksiyasına qoşulmağa çağırıb.

Müxalifət bazar ertəsi İslamabadda parlamentin binası önündə etiraz aksiyası keçirməyi planlaşdırır.

Onlar Ali Məhkəmənin keçmiş sədri İftixar Çaudurinin vəzifəsinə qaytarılmasını tələb edir.
Cauduri 2007-ci ildə əvvəlki prezident Pərgviz Müşərrəf tərəfindən vəzifəsindən gənarlaşdırılıb.