Ombudsman 20 Yanvar faciəsinə beynəlxalq qiymət verilməsini istəyir

Səs: Real audio
Putin hakimiyyəti dövründə ən kütləvi etiraz aksiyaları ilə üzləşir Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili- ombudsman Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 15-ci ildönümüylə əlaqədar bəyanat verib.



Bəyanatda deyilir ki, kütləvi insan haqlarının pozulmasıyla nəticələnmiş 20 Yanvar faciəsinə bu günə kimi beynəlxalq qiymət verilməyib.



“Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu haqlı tələblərimizi dəstəkləyəcək, Azərbaycan xalqına qarşı törədilmiş və insan hüquqlarının kobud və kütləvi şəkildə pozulmasıyla nəticələnmiş bu dəhşətli cinayət özünün beynəlxalq hüquqi qiymətini alacaqdır”.



Hüquq müdafiəçisi Murad Sadəddinovsa 20 Yanvar faciəsinə siyasi qiymət verməyin 15 ildən sonra xeyli çətin olduğunu bildirir.



Murad Sadəddinov belə bir müraciətin konkret nəticə verəcəyinə inanmadığını deyir.



Bəyanat BMT-nin baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanları institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan ombudsmanlara ünvanlanıb.