“Amerikalılar İrana təcavüzü istəmirlər?”

Səs: Real audio
Fidel Kastro tütünə müharibə elan edir --“Süddoyçe Tsaytunq”



İranın nüvə qurğularının ləğvi əməliyyatı nəzarətdən kənar reaksiyaya, məsələn, İsrailə zərbələr və İraqda şiələrin kütləvi qiyamına səbəb ola bilər. Odur ki, ABŞ-ın İran siyasətində çatışmayan şey elə siyasətdir. Avropa Buşu ehtiyatlılığa çağırmalıdır.



--“Di Velt”



Artıq bir neçə ildir amerikalılar və israillilər Tehranın ünvanına hədələr səsləndirirlər. Amma mütəxəssislərin firkrincə, İrana qabaqlayıcı zərbə endirmək indi gecdir. Bütün nüvə qurğuları artıq möhkəm gizlədilib.



--“Yunayted Press İnterneşnl”



Son rəy sorğusunun nəticələrinə əsasən, amerikalıların 47 faizi İrana müdaxilənin əleyhinədir, 42 faizi isə bu addımı müdafiə edir.



--“Noye Sürxer Tsaytunq”



Ukraynada müxalifətin qələbəsi Rumıniyayla Ukrayna arasında yerləşən Moldovaya da təsir edir.



Kişinyovda heç kim kommunist-prezident Vladimir Voronin qədər “narıncı inqilab”dan qorxmur. Voronin Lukaşenko və Putin kimi bir rəhbərdir. Yəni, xalq arasında böyük nüfuza malik olsa da, demokratiyanı tanımır. O, xüsusi xidmətlərin köməyiylə öz rəqiblərini təqib edir, kütləvi informasiya vasitələrini senzuradan keçirir, müxalifəti əzir.



Voronin hazırda “yəhərdə möhkəm oturub”. 2001-ci ilin parlament seçkilərində 101 yerdən 71-ini alan kommunistlər ölkənin siyasi arenasında üstünlük təşkil edirlər. Onlar martın 6-da keçiriləcək növbəti seçkilərə rahat gedə bilərlər.



Amma Ukrayna hadisələrindən sonra Şərqi Avropada heç nə əvvəlki kimi qala bilməz və Voronin bunu yaxşı başa düşür.



--“Frankfurter Rundşau”



Ümumdünya Vəhşi Təbiət Fondunun tədqiqatçıları noyabrda Şimali Qafqazın Rusiyaya aid hissəsində gözlənilmədən Qafqaz bəbirinin izləriylə rastlaşıblar. Bu hürkək heyvanın 40 il əvvəl tamamilə qırıldığı zənn olunurdu.



Gürcüstanın şərqində, Azərbaycanla həmsərhəd rayonda da keçən il son 50 ildə ilk dəfə bəbir aşkarlanıb. Bu haqda Gürcüstanın “Nakres” heyvanları mühafizə təşkilatı məlumat verib. Amma eyni zamanda orada brakonyerlər də ifşa olunub.



Qafqaz bəbirini qorumaq üçün Ümumdünya Vəhşi Təbiət Fondu Ermənistan və Azərbaycan hökuməti, təbiəti mühafizə və elmi mərkəzləri ilə birlikdə proqram işləyib hazırlayıb.



--“Qardian”



Bütün dünyada siqarlarıyla tanınan ölkə tütünə müharibə elan edir. Fidel Kastro fevralın 7-dən etibarən teatr, mağaza, avtobuslar və digər ictimai yerlərdə siqaret çəkilməsini qadağan edir.



Siqara ixracatı Kuba büdcəsinin əsas gəlir mənbələrindən biridir. Və bu pis vərdişə qarşı minasibətin sərtləşməsi Fidel Kastronun özünün bir neçə il əvvəl siqareti tərkitməsi ilə izah olunur.



Statistikaya görə, Kubada əhalinin 40 faizi tütünə bağlılıq hiss edir. Adada hər il 15 min adam xərçəng xəstəliyindən həlak olur və ölüm hallarının üçdə biri məhz siqaret çəkmənin nəticəsində baş verir.