Səs: Real audio
Fidel Kastro tütünə müharibə elan edir Prezident Aparatının keçmiş sektor müdiri, beynalxalq hüquqda ərazi problemləri üzrə mütəxəssis, politoloq Rüstəm Məmmədov deyir ki, siyasi və geopalitik maraqlar problemin siyasi həllini mümkünsüz edir. Xüsusilə ATƏT-in Minsk qrupunda həmsədr olan dövlətlərin keosiyasi maraqları üst - üstə düşmədiyi üçün bu qurum Dağlıq Qarabağ problemini həll edə bilməz. Onun fikrincə, əgər beynəlxalq ərazi mübahisələrini siyasi yolla həll etmək mümkün olmursa, bu mübahisəni dinc yolla həll etməyin son variantı olan beynəlxalq məhkəmə sistemindən istifadə edilməlidir. Cənab Məmmədov son 3 ildə bir sıra beynəlxalq konfranslarda bu məsələni qaldırdığını, dünya təcrübəsindən Malaziya ilə İndaneziya arasındakı 32 illik ərazi mübahisəsinin beynəlxalq məhkəmə tərəfindən həll olunması variantını misal gətirdiyini bildirir: «qoy BMT-nin məhkəməsi tərəflərin mübahisəsini həll eləsin. BMT-nin 15 hakimi beynəlxalq hüququ tətbiq eləməklə ərazinin kimə məxsus olması haqda qərar çıxarsın. BMT məhkəməsinin qərarları isə məcburi xarakter daşıyır».
Politoloq deyir ki, o vaxt bir sıra beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Almaniya təmsilçiləri onun bu fikirinə müsbət yanaşmayıblar, müxtəlif bəhanələrlə fikiri yayındırmağa çalışıblar: « ancaq indi Avropa Şurasının məsul şəxsləri – Terri Devis, Devid Atkinson bu barədə danışırlar. Görünür mənim dediklərimi vaxtilə nəzərə alanlar olub və başa düşüblər ki, bunun başqa yolu yoxdur».
Rüstəm Məmmədovun sözlərinə görə Ermənistan nümayəndələrinin narahatçılıqla qarşıladıqları bu ideyaya Azərbaycan tərəfi də o qədər də ciddi yanaşmayıb. Məsələnin araşdırılması da ideyanın müəllifi və mütəxəssislər cəlb olunmadan yekunlaşıb.
Ana Vətən partiyasının sədr müavini, Millət vəkili Zahid Oruc isə Dağlıq Qarabağ probleminin hər hansı məhkəmədə həllini tapacağını düşünmür. O, ümumiyyətlə məsələyə bu cür yanaşmanın əleyhinə çıxır və deyir ki, Azərbaycan bununla Dağlıq Qarabağın həqiqətən də mübahisəli ərazi olduğunun təstiqlənməsinə şərait yaradar. Bu isə problemin çözülməsini bir az da çətinləşdirəcək.
Zahid Orucun fikrincə, yaxşı olar ki, mütəxəssislər bu məsələnin yox, daha xeyirli məsələnin - Azərbaycan xalqının öz müqəddəratını təyin etmək hüququnun üzərində işləsinlər. Çünki Azərbaycan xalqı sahib olduğu 86\6 min kv. km. ərazi üzərində hələ də öz müqəddəratını təyin edib qurtarmayıb.
Azərbaycanın Dağlıq Qarabağ problemi Hansısa məhkəmənin çözəcəyi məsələ deyil. Qoy həmin məhkəmələr 100 minlərlə qaçqının hüquqlarını, işgəncə faktlarını, təzminat məsələlərini araşdırsın.
Anna Vətən partiyasının sədr müavini, millət vəkili Zahid Oruc belə deyir.
Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəqani Hüseyinli isə problemin hüquqi müstəvidə həllinin tərəfdarıdır. Onun fikrincə, beynəlxalq səviyyədə nəzarətə götürülmüş konfliktlərin həlli bilavasitə insan hüquqları probleminin konsepsiyasından keçir. Dağlıq Qarabağda isə insan hüquqlarının kütləvi şəkildə pozulması halı baş verib. Bunu əsas götürərək beynəlxalq məhkəməyə müraciət edilməlidir. Azərbaycan bunu etməlidir. Lakin təəssüf ki, ölkədəki bir sıra qüvvələr buna qarşı çıxırlar. Çünki bilirlər ki, belə olduqda onların özləri ilə bağlı müəyyən faktlar ortaya çıxacaq.
Xəqani Hüseyinli deyir ki, əgər problemin həlli məhkəməyə çıxarılsa, nəticə birmənalı şəkildə Azərbaycanın xeyirinə olacaq.
Rüstəm Məmmədov isə problemin həllinin hüquqi müstəviyə keçirilməsinin, işin məhkəməyə çıxarılmasının Azərbaycana niyə ziyan gətirməyəcəyini belə izah edir.
«böeynəlxalq hüquq Azərbaycanın tərəfindədir. BMT məhkəməsində isə beynəlxalq hüququ pozmaq qeyri mümkündür. Sadəcə Azərbaycan buna ağılla