ABŞ-da iqtisadi böhran ilin sonunadək həll oluna bilər

ABŞ Federal Ehtiyatlar Bürosunun sədri Ben Bernanke deyib ki, bank və maliyyə sistemi stabilləşsə iqtisadi enmələr bu ilin sonunadək başa çata bilər. Büro sədri bildirib ki, bu məsələdə siyasi iradənin olmaması bərpa olunma üçün ən böyük riskdir.

O, həmçinin ABŞ hökumətini iqtisadiyyatı yaxşılaşdırma addımlarında səbirli olmağa çağırıb və 700 milyard dollar dəyərində banklara yardım paketi ayrıldığını bildirib. Bu yardım paketi haqqında qərar keçən ilin payızında verilmişdi və daha dərin böhranın qarşısını almaq məqsədi daşıyır.