Bəzi rayonlara qar yağıb

Əksər rayonlarda fasilələrlə yağıntı, Aran rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Türkiyə ərazisində hərəkət edən siklonun Azərbaycandan keçməsi nəticəsində martın 15-də qərb rayonlarından başlayaraq, hava şəraiti dəyişib
Əksər rayonlarda yağış yağıb, dağlıq ərazilərdə qara keçib.

Məlüumatı APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib. O deyib ki, qar örtüyünün hündürlüyü Daşkəsəndə 20, Gədəbəydə 11, Altıağacda 5 sm olub.

U. Tağıyeva bildirib ki, martın 17-də də ölkə ərazisində qeyri-sabit, nisbətən soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Əksər rayonlarda fasilələrlə yağıntı, Aran rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq.

Martın 19-da isə atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin əsməsi ürək-damar xəstəlikləri olan meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.