Səs: Real audio
İki aydan sonra Çeçenistan müstəqil olacaq «Biz Azərbaycanın ərazi bütövlüyünü və həmin ərazidə hakimiyyətini dəstəkləyirik».
Bunu İran prezidenti Məhəmməd Xatəmi Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdən sonra bildirib.
Cənab Xatəmi deyib ki, İran Azərbaycanı bu məsələdə tam dəstəkləyir. Onun sözlərinə görə, münaqişənin həllinə aiddiyyəti olan dövlətlər məsələyə ciddi yanaşsalar, problem daha da tez həll olunar.
Məhəmməd Xatəmi əlavə edib ki, ölkəsi həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlıq etsə də, İran Azərbaycanın mənafeyinə zərrə qədər də olsa zərər dəyməsinə razı deyil.
Sülh və Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə bildirir ki, İran həmişə bu məsələdə Azərbaycanı dəstəkləyib və Ermənistanı işğalçı kimi tanıyıb. Məhəmməd Xatəminin indi söylədikləri isə həmin siyasətin davamıdır.
Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri isə davam edir.
O, səfərin ikinci günündə bu ölkənin İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adillə, daha sonra Dövlət Məsləhət Şurasının rəhbəri Əli Əkbər Haşimi Rəfsancani ilə görüşüb. Görüş zamanı Azərbaycanın dövlət başçısı bu səfərdən sonra iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib. Əkbər Haşimi Rəfsancani isə bildirib ki, Azərbaycanda iqtisadi inkişaf və sabitlik ikitərəfli əməkdaşlığa təkan verəcək.
Prezident günün ikinci yarısında İranın ali dini rəhbəri Ayətulla Xamneyi ilə də görüşüb. Bu haqda «Azadlıq» radiosuna ANS televiziyasının İrana ezam olunmuş müxbiri Qənirə Paşayeva məlumat verib.
İkitərəfli sazişlərin imzalanması isə səfərin üçüncü gününə planlaşdırılıb. Yanvarın 26-da İrana səfərini başa vuran Azərbaycanın dövlət başçısı Tehrandan Təbrizə yollanacaq.