“Etirazlar Putinin zirehini deşib keçir”

Səs: Real audio
Rusiya prokurorluğu Timoşankonun işinə xitam verəcək --“İndependent”



Yuşenkonun elə ilk addımları Putinin siyasətinə ziddiyyət təşkil edir. Özünün ilk xarici səfəri ərəfəsində o, Yuliya Timoşenkonu baş nazir təyin edib.



Kreml Timoşenkonu anti-Rusiya ideyasının daşıyıcısı hesab edir, hərçənd Timoşenkonun özü bunun əksini iddia edir.



Timoşenkonun baş nazir vəzifəsinə təyinatı bir çoxlarını təəcübləndirib. Gözlənilirdi ki, Moskva və rusdilli Şərqi Ukraynanı sakitləşdirmək üçün Yuşenko bu posta daha mötədil tərəfdarını təyin edəcək.



--“Nyu York Tayms”



Timoşenkonu millətçi hesab edən Kreml sentyabrda rüşvətxorluq ittihamıyla ona qarşı cinayət işi qaldırıb və onun həbsinə order almağa müvəffəq olub.



Amma bazar ertəsi Putin Timoşenkonun təyinatıyla bağlı heç bir tənqid səsləndirməyib, bu da onun əvvəlki gərginliyi yumşaltmaq istəyindən xəbər verir.



--“Faynenşl Tayms”



Rusiyalı politoloq Serqey Markovun sözlərinə görə, Timoşenkonun təyinatı Rusiya üçün ciddi problemə çevrilməyəcək.



“Deyirlər ki, Timoşenko radikal siyasətçidir, Rusiya onunla soyuq müharibə vəziyyətindədir və onun təyinatı Rusiya üçün yaxşı heç nə vəd etmir. Amma bu heç də belə deyil”.



Serqey Markovun fikrincə, Rusiya prokurorluğu Timoşenkonun işinə xitam verəcək.



--“Süddoyçe Tsaytunq”



Dostcasına baxış və gülüş prezident Vladimir Putinin əsl daxili vəziyyətindən az şey xəbər verir. Nəzakətlə qəbul hələ Viktor Yuşenkonun arzuolunan qonaq olduğu anlamına gəlmir. Odur ki, Rusiya-Ukrayna münasibətlərinin gələcək inkişaf xətti bu səfərdən sonra da qeyri-müəyyən olaraq qalır.



--“Boston Qlob”



Qırğızıstan prezidenti Əsgər Akayev yanvarın 23-də Moskvaya işgüzar səfər edib.



Qırğızıstanda fevralın sonlarında parlament, oktyabrda isə prezident seçkiləri keçiriləcək. Və seçkilərdə saxtalaşdırma Gürcüstan və Ukraynada inqilabların katalizatoru olduğundan Qırğızıstan rəhbərliyi əsəbilik keçirir.



Moskvada dərc olunan “Kommersant” qəzetinin zənnincə, Akayevin səfəri respublikada hadisələr Ukrayna ssenarisi üzrə inkişaf etdiyi təqdirdə Moskvanın nə kimi köməklik göstərə biləcəyini öyrənmək məqsədi güdür.



--“Uolt Strit Cournal”



Keçən həftə təqaüdçülərin sosial güzəştlərin ləğvinə etiraz olaraq küçələrə axışması hətta Rusiya müxalifətini belə çaşbaş salıb. Amma sonradan müxalifətçilər nadir fürsətin yarandığını dərk edərək nümayişçilərə qoşulublar.



Zəifləmiş Rusiya müxalifəti xalq narazılığının üstünlüklərindən tam istifadə edir. Parlamentdə Kommunist partiyası hökumətə etimadsızlıq tələbinin lehihə imzalar toplayır, “Rodina” fraksiyasının beş üzvü isə aclıq elan edib.



Moskva Siyasi Texnologiyalar Mərkəzindən Rostislav Turovski deyir ki, “bu, müxalifət partiyaları üçün ciddi şansdır. Onların hamısı indi güzəştlərdən məhrum olanların səsi uğrunda mübarizə aparırlar”.