»Minsk qrupu tərəflərin yerinə münaqişəni həll edə bilməz»

Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb »Yeni Azərbaycan» qəzeti »Qarabağ münaqişəsi bölgədə sülhün təmin olunmasına xələl gətirir» başlıqlı məqalə dərc edib.



“Əliyevlər sülaləsi ilə əməkdaşlığa son qoyulmalıdır” başlıqlı məqaləyə bugünkü sayında »Azadlıq» qəzeti yer ayırır.



»Minsk qrupu Azərbaycan və Ermənistanın yerinə münaqişəni həll edə bilməz». »525-ci qəzet» bu adda yazı dərc edib.



AŞPA-da Dağlıq Qarabağ üzrə məruzəçi Devid Atkinsonun Qarabağın statusuna dair bəyanatını »Üç nöqtə» qəzetində oxuya bilərsiniz.



»Bakı Xəbər» qəzeti yazır ki, İlham Əliyev Avro-Atlantika qütbünə əks mövqeyə meyllənir. İran-Azərbaycan sənədləri ABŞ-ın əsas geopolitik layihəsinin əleyhinə yönəlib.



»Ayna» qəzeti »Azərbaycan ordusu cəbhə xətti boyu hazırlıq vəziyyətinə gətirilib» başlıqlı məqalə dərc edib.



Prezident İlham Əliyev ATƏT-in Faransadan olan həmsədri Bernar Fasyeni və “Neftçi” futbol komandasının oyunçularını qəbul edib. Bu barədə »Azərbaycan» qəzeti geniş məlumat dərc edib.



Müsavat başqanının müavini Sülhəddin Əkbər AŞPA-nın Dağlıq Qarabağa dair məruzəsini şərh edib. Material »Yeni Müsavat» qəzetində yer alır.



»Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanmaq təhlükəsi var». Bunun səbəblərindən »Xalq Cəbhəsi» qəzeti söhbət açır.



»Exo» qəzeti ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi ilə müsahibə dərc edib.